“FARC” terror təşkilatları siyahısından çıxarılıb

“FARC” terror təşkilatları siyahısından çıxarılıb
3 Dekabr 2021
Mətni dəyiş
Kolumbiya hökuməti ilə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri (FARC) arasında imzalanan sülh sazişinin 5-ci ildönümündə ABŞ FARC-nin "terror təşkilatları siyahısı"ndan çıxarıldığını açıqlayıb. ABŞ dövlət katibi Entoni Blinkenin verdiyi açıqlamada FARC-nin artıq terrorla əlaqəli vahid təşkilat olmadığı və ABŞ-ın “xarici terror təşkilatları” siyahısından çıxarıldığı bildirilib. "Bu qərar ABŞ daxilində FARC-nin keçmiş liderlərinə qarşı narkotik alveri də daxil olmaqla hər hansı cari və ya potensial ittihamlarla bağlı mövqeyimizi dəyişmir", - Blinken bildirib. Blinken deyib ki, FARC-nin “terror təşkilatları siyahısı”ndan çıxarılmasına dair addım ABŞ-ın sülh sazişinin həyata keçirilməsinə dəstək verməsini asanlaşdıracaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun