Dubay əmiri ondan boşanan həyat yoldaşına 554 milyon funt-sterlinq ödəyəcək

Dubay əmiri ondan boşanan həyat yoldaşına 554 milyon funt-sterlinq ödəyəcək
22 Dekabr 2021
Mətni dəyiş

Dubay əmiri Əl Maktumun altıncı həyat yoldaşı, şahzadə Haya Bint Əl Hüseynə və uşaqlarına ümumilikdə 554 milyon funt-sterlinq (1 milyard 248 milyon 162 min manat) təzminat ödəyəcək. 

Bu barədə İngiltərənin Ali Məhkəməsi qərar verib.

Bu Ingiltərə tarixində bir məhkəmənin boşanma işi üzrə kəsdiyi ən yüksək təzminat məbləği hesab olunur.

72 yaşlı Əl Maktum şahzadə Hayaya 251 milyon 500 min funt-sterlinq, 14 və 9 yaşlı iki uşağının təhsil və əlavə xərcləri üçün isə 290 milyon funt-sterlinq təzminat ödəyəcək.

Məhkəmənin qərarı ilə ailə bir müddət dövlət mühafizəsi altında saxlanılacaq.

Şahzadə Haya 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərindən qaçaraq İngiltərəyə sığınıb. Məhkəmə Əl Maktumun Hayanın telefon danışıqlarını izlətdiyini bildirərək onu və uşaqlarını qoruma tələbi irəli sürmüşdü.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun