Çin: “Tayvan müstəqillik üçün təxribatlara əl atarsa, kəskin tədbirlər görəcəyik”

Çin: “Tayvan müstəqillik üçün təxribatlara əl atarsa, kəskin tədbirlər görəcəyik”
29 Dekabr 2021
Mətni dəyiş
Çin Tayvanı müstəqilliyə doğru addım atacağı təqdirdə "sərt tədbirlər" görəcəyi ilə hədələyib. Pekin rəhbərliyi gələn il Tayvana xarici müdaxilə və təxribatların arta biləcəyini iddia edib. Çinin Tayvanla əlaqələr departamentinin sözçüsü Ma Syaoquan mediaya bildirib ki, Pekin Tayvanla sülh yolu ilə birləşmək üçün əlindən gələni etməyə hazırdır və Tayvana müstəqilliklə bağlı hər hansı “qırmızı xətti” keçəcəkləri təqdirdə tədbir görüləcəyi haqda xəbərdarlıq edib. "Tayvanda müstəqillik istəyən separatçı qüvvələr təxribat törədərsə, güc tətbiq edərsə və hətta qırmızı xəttimizi keçərsə, biz kəskin tədbirlər görməliyik", Ma Syaoquan deyib. Müstəqillik tərəfdarlarının təxribatlarının və xarici müdaxilələrin qarşıdakı aylarda intensiv şəkildə arta biləcəyini deyən çinli sözçü Tayvan boğazında vəziyyətin daha da mürəkkəb və ağırlaşa biləcəyini bildirib. Tayvan ABŞ və Çin arasında münasibətlərin gərginləşməsinin ən mühüm səbəblərindən biri kimi qiymətləndirilir. Tayvanla ABŞ arasında diplomatik münasibət olmasa da, Vaşinqtonun oraya silah tədarük etdiyi məlumdur. Pekin son bir il ərzində Tayvanın hava məkanı üzərindən çoxlu sayda döyüş təyyarəsi keçirərək oradakı administrasiyanı hədələyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun