Bu il Aralıq dənizində 2,5 mindən çox miqrant ölüb

Bu il Aralıq dənizində 2,5 mindən çox miqrant ölüb
29 Dekabr 2021
Mətni dəyiş
2021-ci ilin 11 ayı ərzində Aralıq dənizində Avropaya gedən 2,5 mindən çox miqrant ölüb və ya itkin düşüb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığı məlumat verib. Miqrantların başlıca olaraq Afrika ölkələrini təmsil etdikləri bildirilib. Komissarlığın Yunanıstandakı nümayəndəsi Maria Klara Martin qeyd edib ki, ümidsizlik miqrantları öz həyatlarını insan qaçaqmalçılarına həvalə etmək məcburiyyətində qoyur. O, beynəlxalq ictimaiyyəti miqrantları Avropaya daşıyan qaçaqmalçılarla mübarizədə daha qətiyyətli addımlar atmağa çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun