Böyük Britaniyada məmurlara “Brexit” sözündən istifadə etmək qadağan olunub

Böyük Britaniyada məmurlara “Brexit” sözündən istifadə etmək qadağan olunub
31 Dekabr 2021
Mətni dəyiş
Britaniyada dövlət qulluqçularına “Brexit” ifadəsindən istifadə etmək qadağan olunub. Hökumətin dil üslubu bələdçisi məmurlara yalnız lazım gəldikdə “tarixi kontekstdə” bu sözdən istifadəni tövsiyə edib. Həmçinin məmurlara London və Brüsselin çıxış şərtləri ilə bağlı razılığa gəldiyi ayları şərtləndirən “keçid dövrü” terminindən də yayınmaq məsləhət görülüb. “Brexit” əvəzinə “31 dekabr 2020-ci il” və ya “Böyük Britaniya Aİ-dən çıxdıqda”,  “keçid dövrü” əvəzinə isə “31 dekabr 2020-ci il tarixinədək” və ya 1 yanvar 2021-ci il tarixindən sonra” ifadələri işlədilməlidir”, - deyə sənəddə qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun