Birləşmiş Ərəb Əmirlikləri həftə sonunu şənbə və bazar gününə dəyişir

Birləşmiş Ərəb Əmirlikləri həftə sonunu şənbə və bazar gününə dəyişir
8 Dekabr 2021
Mətni dəyiş
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal iqtisadi bazara daha asan uyğunlaşmaq üçün həftəsonu tətilini şənbə və bazar gününə dəyişib. 1 yanvar 2022-ci il tarixindən etibarən tətbiq olunacaq yeni qərarla cümə günləri də yarım gün olacaq. Regional ticarət və turizm mərkəzlərindən biri olan neft istehsalçısı Körfəz ölkəsinin həftəsonu hazırda cümə və şənbə günləridir. Qonşusu Səudiyyə Ərəbistanına rəqib olmaq yolunda böyüyən bir iqtisadiyyat olaraq BƏƏ keçən il xarici investorlar və ixtisaslı işçilər üçün iqtisadiyyatı stimullaşdırmaq məqsədilə bəzi tədbirlər görməyə başlayıb. BƏƏ hökuməti bildirib ki, proqram şənbə və bazar günləri tətil olan ölkələrlə daha rahat maliyyə, ticarət və iqtisadi qarşılıqlı əlaqəni təmin etmək məqsədi daşıyır. Düşünülür ki, həftə sonlarını dəyişdirməklə BƏƏ-də yerləşən və ya çoxmillətli şirkətlər daha güclü beynəlxalq biznes əlaqələri və imkanları əldə edə bilərlər. Bir çox müsəlman ölkələrində cümə günü həftəlik istirahə günü sayılır. Yanvarın 1-dən BƏƏ-də tam iş günü olan cümə günlərində iş saat 12:00-a qədər davam edəcək. Ötən ay ölkəyə daha çox gənc istedad və investor cəlb etmək üçün 2022-ci ilin yanvarından qüvvəyə minəcək müxtəlif qanunlara düzəlişlər edilib. Bunlara nikahsız birlikdə yaşamaq və uşaq sahibi olmaq, spirtli içkilərdən istifadə, uzunmüddətli viza almaq kimi məsələlər daxildir. Bundan əlavə, cinayət və cinayət məcəlləsi qadınların daha yaxşı müdafiəsi və sosial təminatını təmin etmək üçün yenidən işlənib hazırlanıb, yeni və dünyəvi ailə hüququ islahatı aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun