Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Stefan Şennax (Avstriya, SOC) və Riçard Bekon (Birləşmiş Krallıq, AK/DA) Saleh Rüstəmovun səhhətindən ciddi narahat olduqlarını bildiriblər.
Məruzəçilərin yaydığı açıqlamada deyilir ki, cənab Rüstəmovun işi ədalətin müstəqil olmamasının bir çox nümunələrindən biridir və Azərbaycanda əsas narahatlıq doğuran hakimiyyəti tənqid edənlərə qarşı uzun müddət davam edən repressiya nümunəsidir.
"Müxalif siyasətçilər, hüquq müdafiəçiləri, müstəqil jurnalistlər təqiblərə məruz qalmaqda davam edir və hökuməti tənqid həbsdə şəxslərə qarşı işgəncə və digər pis rəftar xəbərləri geniş yayılmaqdadır", - deyə məruzəçilərin bəyanatında bildirilir.
Məruzəçilər deyir ki, Azərbaycanda siyasi məhbuslarla bağlı bildirilmiş hallarla bağlı Assambleyanın bu yaxınlarda qəbul etdiyi 2322 (2020) saylı Qərarına istinad edərək, onlar Azərbaycan hakimiyyətini bütün iddia edilən siyasi məhbusların işlərinə yenidən baxmağa çağırırıq.
"Xüsusilə, biz onları cənab Rüstəmovu humanitar əsaslarla onun məhkəməsinə müstəqil və ədalətli yenidən baxılana qədər dərhal azad etməyə çağırırıq", - deyə məruzəçilər daha sonra bildirib.
1992-1993-cü illərdə Gədəbəy rayon icra başçısı olan Saleh Rüstəmov Azərbaycan Xalq Cəbhəsi Partiyasına maddi yardım etdiyinə görə 2018-ci ildə hüquq müdafiəçiləri tərəfindən ədalətsiz və əsassız hesab edilən məhkəmə prosesindən sonra 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.