ABŞ-da model qadınların porno saytlara iddiaları əsasında 18 milyon dollarlıq təzminat qərarı çıxıb

ABŞ-da model qadınların porno saytlara iddiaları əsasında 18 milyon dollarlıq təzminat qərarı çıxıb
22 Dekabr 2021
Mətni dəyiş

ABŞ-da 2016-cı ildə 402 qadının şikayəti əsasında "GirlsDoPorn" və "GirlsDoToys" porno saytlar əleyhinə məhkəmə işində hakim qərarı elan edib. 

Qadınlar bildiriblər ki, onlara intim görüntülərinin çəkilməsinə dair göstərilən səbəblər yanlış olub və aldadılıblar.

Həm də müəllif hüquqlarının pozuntusu ittihamı ilə aparılan işdə məhkəmənin qərarı ilə ümumilikdə 18 milyon dollar (30 milyon 600 min manat) təzminat qazanıblar. Məhkəmə bildirib ki, sözügedən görüntülər saytlardan dərhal qaldırılmalıdır.

"GirlsDoPorn"-in rəhbəri Ruben Andre Qarsiya bu yay “qadınları seks filmlərində rol almağa məcbur etmək” ittihamı ilə 20 il həbs cəzasına məhkum edilib.

Qadınlar bildiriblər ki, onlarla müqavilədə qeyd olunub ki, onlar çəkilişlərdə model kimi iştirak edəcəklər. Ancaq bir müddət sonra onlardan porno filmlərdə çəkilmələri tələb olunub. Bununla bərabər, müqavilənin şərtlərinə görə görüntülər anxaq xarici ölkələrdə istifadə edilməli imiş, ancaq qeyri-qanuni şəkildə porno saytlarda yayımlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun