Almaniyanın yeni kansleri Olaf Şoltsdur

Almaniyanın yeni kansleri Olaf Şoltsdur
8 Dekabr 2021
Mətni dəyiş

"Spiegel"-in verdiyi məlumata görə, Şoltsa 736 parlementaridən 395 deputat səs verib.

Şolts Belvyu sarayında Prezident Valter Ştaynmayerlə görüşəcək. Bundan sonra o, parlamentə qayıdaraq and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq.

Bununla da Almaniyada Angela Merkelin 16 illik hakimiyyət dövrü başa çatıb.

Yeni kansler bu günlərdə verdiyi açıqlamada bildirib ki, biz Almaniyanın güclü və suveren Avropa İttifaqı yaratmaq səylərini davam etdirəcəyik.

O. Şolts əlavə edib ki, yeni hökumət NATO çərçivəsində transatlantik tərəfdaşlığa və əməkdaşlığa önəm verəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun