Ötən gün Bakının mərkəzində Saleh Rüstəmlinin azad edilməsi tələbilə keçirilən aksiya zamanı saxlanılan üç nəfər cərimə təyin edildikdən sonra buraxılıb.
Əsasən Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, həmçinin Xalq Cəbhəsi Partiyasının fəalları cərimələniblər.
Onlar "karantin rejimini pozmaqda" ittiham olunublar.
Cərimələnənlər bunlardır:Hüquq müdafiəçilərinin məlumatına görə, ümumilikdə, 30 nəfər saxlanılıb. Qalanların taleyi hələlik məlum deyil.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elşad Hacıyev bildirib ki, polis Bakının mərkəzində razılaşdırılmamış aksiyanın qarşısını alıb.
"Cəhdin qarşısı alınıb, həmin şəxslər ərazidən çıxarılıb. Asayiş keşikçilərinin qanuni tələblərinə əməl etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra buraxılıb", Hacıyev deyib.