ABŞ: '2022-ci il Pekin Qış Olimpiya Oyunlarına heç bir diplomatik nümayəndə göndərməyəcəyik'

ABŞ: '2022-ci il Pekin Qış Olimpiya Oyunlarına heç bir diplomatik nümayəndə göndərməyəcəyik'
7 Dekabr 2021
Mətni dəyiş

ABŞ administrasiyası 2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot edəcək.

Bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib. Administrasiya sözçüsü "insan haqları pozuntularını" əsas gətirərək 2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına rəsmi nümayəndə heyətinin göndərilməyəcəyini açıqlayıb.

"Çinin Sincanda törətdiyi insanlığa qarşı cinayətlər və digər insan hüquqları pozuntularına görə biz 2022-ci il Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına heç bir diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcəyik", Psaki gündəlik mətbuat konfransında deyib.

Olimpiadaya gedəcək ABŞ idmançılarını tam dəstəklədiklərini bildirən Psaki əlavə edib ki, ABŞ-ın insan haqlarını qorumaq üçün güclü öhdəliyi var.

Sözçü Pekin Olimpiadasının boykotunun diplomatik səviyyədə olduğunu və idmançılara təsir etmədiyini bildirərək, bunun "Çinin insan haqlarının pozulmasına qarşı sərt mesaj olduğunu" iddia edib.

Pekin daha əvvəl boykot addımlarına qarşı qəti addımlar atacağını açıqlamışdı.

Ötən ay verdiyi açıqlamada ABŞ prezidenti Co Bayden boykot qərarını nəzərdən keçirdiklərinə işarə etmişdi.

Eyni zamanda həm Demokrat, həm də Respublikaçı siyasətçilər Çin tərəfindən "insan hüquqlarının pozulmasına etiraz etmək" üçün boykot çağırışı ediblər.

Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Çinin paytaxtı Pekində keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun