35 yaşlı solçu siyasətçi Qabriel Boriç Çilinin yeni prezidenti seçilib

35 yaşlı solçu siyasətçi Qabriel Boriç Çilinin yeni prezidenti seçilib
20 Dekabr 2021
Mətni dəyiş
Çilidə "Ləyaqəti dəstəkləyirəm" hərəkatının namizədi Qabriel Boriç prezident seçkilərində qalib gələrək Latın Amerikasında solçuların tarixi qələbəsini qazanıb. Çilinin rəsmi seçki xidməti olan SERVEL-in açıqladığı rəqəmlərə görə, solçu keçmiş tələbə lideri Qabriel Boriçbəsləyən səslərin 50 faizindən bir qədər çoxunu toplayaraq ksenofob, irqçi, homofob və Pinoçet diktaturasına simpatiyası ilə tanınan ifrat sağçı namizəd Xose Antonio Kastı məğlub edib. Boriç əvvəllər xaricdə, xüsusilə İspaniya, Almaniya və Fransada Çili seçiciləri arasında qələbə qazanmışdı. Paytaxt Santyaqoda hökumətin xalqın seçkiyə getməsinin qarşısını almaq üçün ictimai nəqliyyatda yaratdığı ciddi çətinliklərə baxmayaraq, Boriç gəncləri, qadınları və işçi sinfini seçkiyə getmək üçün uğurla səfərbər edib. TeleSur English-də yer alan xəbərə görə, seçkinin nəticələri bəlli olduqdan sonra Kast Twitter hesabından açıqlama verib: “İndicə Qabriel Boriçlə telefonda danışdım və onu böyük uğuruna görə təbrik etdim. O, bu gündən Çilinin seçilmiş prezidentidir və bizim bütün hörmətimizə və konstruktiv əməkdaşlığa layiqdir. Çili həmişə birinci yerdədir”. Boriç də etdiyi paylaşımda “Biz birik. Biz ümidik. Birlikdə olanda daha çox oluruq. Davam edirik!” ifadələrinə yer verib. https://twitter.com/gabrielboric/status/1472704200568152066?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1472704200568152066%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Filerihaber.org%2Ficerik%2Fsili-secimleri-solun-ortak-adayi-boric-yeni-baskan-134432

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun