Yaponiya ixtisaslı xarici işçilərə ailələri ilə birlikdə daimi yaşayış haqqı təqdim edir

Yaponiya ixtisaslı xarici işçilərə ailələri ilə birlikdə daimi yaşayış haqqı təqdim edir
18 Noyabr 2021
Mətni dəyiş
Uzun illərdir qapılarını mühacirlərin üzünə bağlı saxlayan Yaponiya böyük siyasət dəyişikliyinə hazırlaşır. Hökumət gələn ildən başlayaraq bəzi sektorlarda çalışan əcnəbi işçilərə ailə ilə birlikdə daimi yaşayış icazəsi verməyi planlaşdırdığını açıqlayıb. 2019-cu ildə qüvvəyə minən qanun kənd təsərrüfatı, tikinti və təmizlik kimi 14 sektorda “müəyyən ixtisaslı işçi” sinfində çalışanlara beş ilədək ailə üzvləri olmadan yaşamaq hüququ verib. Ölkədə əhalinin qocalması və gənc işçi qüvvəsinin azalması səbəbindən bu qaydanı asanlaşdırmağı planlaşdıran Ədliyyə Nazirliyinə vizalarını daimi olaraq yeniləmək və bu viza ilə işləyən işçilərlə ailələrini gətirmək imkanı veriləcək. “The Japan Times” qəzetinin xəbərinə görə, bu dəyişikliklə adı çəkilən sektorlarda çalışan işçilər daha yüksək ixtisaslı əcnəbi işçilərlə eyni hüquqlara sahib olacaqlar. Vyetnam və Çindən olan işçilərin əksəriyyəti ölkədə bu kateqoriyada çalışır. İmmiqrasiya ilə bağlı “tabu” qırılır? Etnik homogenliyin çoxları tərəfindən aliləşdirildiyi bir ölkədə immiqrasiya uzun müddətdir ki, “tabu” kimi qəbul edilir. Bununla belə, əhalinin qocalması ilə yaranan işçi qüvvəsi çatışmazlığı ölkənin sərhədlərini açması üçün təzyiqlər yaradır. 2019-cu ildə qüvvəyə minən qanunla 345 min “müəyyən ixtisaslı işçi” işləmək üçün ölkəyə gəlib. 2020-ci ilin sonuna olan rəqəmlərə görə, 125 milyon 800 min əhalisi olan Yaponiyada 1 milyon 72 min əcnəbi işçi yaşayır. Bu rəqəm əmək qabiliyyətli əhalinin 2,5 faizini təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun