Vyetnamın kommunist liderini tənqid edən feysbuk istifadəçisi 7 il azadlıqdan məhrum edilib

Vyetnamın kommunist liderini tənqid edən feysbuk istifadəçisi 7 il azadlıqdan məhrum edilib
16 Noyabr 2021
Mətni dəyiş

Vyetnam məhkəməsi feysbukda su məhsulları satmaqla tanınan bir feysbuk istifadəçisini rejim əleyhinə təbliğat aparmaqda ittiham edərək 7 il azadlıqdan məhrum edib. 

Bu barədə Vyetnamın dövlət televiziyası məlumat yayıb.

42 yaşlı Nquyen Tri Qioan "Knah Hoa" əyalət məhkəməsində 1 proseslik məhkəmə baxışında dövlətə qarşı məlumat hazırlamaq, saxlamaq və yaymaqda ittiham olunaraq həbs edilib.

İttihamnamədə qeyd olunub ki, Nquyen Tri Qioan Kommunist Partiyasının rəhbərlərinin və liderinin olduğu fotokollaj hazırlayaraq yayıb.

Hələlik nə feysbuk, nə də Nquyen Tri Qioanın vəkili bir açıqlama verməyib.

Qərarda o da qeyd olunub ki, Nquyen Tri Qioan azadlığa buraxıldıqdan sonra daha 3 il ev dustaqlığında olacaq.

Vyetnamda hakimiyyətdə olan kommunist rejim sosial media və digər informasiya platformalarında ciddi senzura tətbiq edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun