9 Noyabr 2021
Mətni dəyiş
Türkiyə hərbçilərinin Azərbaycanda mandatının uzadılması haqqında qanun layihəsi çərşənbə axşamı Türkiyə parlamentinə təqdim edilib. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə sənəd noyabrın 9-da parlamentin plenar iclasında müzakirə olunacaq.
Bu barədə "Anadolu"agentliyi məlumat yayıb.
Türkiyəli hərbçilərin Azərbaycana göndərilməsi barədə mandat ilk dəfə 17 noyabr 2020-ci ildə Türkiyə parlamenti tərəfindən təqdir edilib.
Parlament atəşkəs rejiminin bərqərar edilməsi, pozuntuların qarşısının alınması, regionda sülh və sabitliyin təmin edilməsi və Ağdamda yerləşən atəşkəsə nəzarət üzrə birgə mərkəzin missiyasının icrası məqsədilə Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hökumətə hərbi qulluqçuları bir il müddətinə Azərbaycana göndərməyə icazə verdi.
Parlamentdə təqdir olunarsa, türkiyəli hərbçilərin Azərbaycanda missiyasının müddəti 17 noyabr 2021-ci il tarixindən başlayaraq bir il müddətinə uzadılacaq.