Rusiya tərəfinin vasitəçiliyi ilə çərşənbə axşamı saat 18:30-da Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar dayandırılıb. Bu barədə Ermənistan tərəfi məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyi də öz növbəsində bildirib ki , Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib və onunla hərbi əməliyyatların dayandırılması imkanlarını müzakirə edib.
Türkiyənin müdafiə naziri Hulusi Akar da Z.Həsənova zəng edərək Azərbaycana tam dəstəyini ifadə edib.
Erməni tərəfi iki postun itirilməsi, 12 əsgərin əsir düşməsi və bir əsgərin həlak olması barədə məlumat verib.
Azərbaycan daha əvvəl iki hərbçinin yaralanması ilə bağlı məlumat vermişdi.
Ermənistan tərəfinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri bir sıra istiqamətlərdə irəliləyib. Onları mövqelərindən cıxarmaq cəhdləri baş tutmayıb.