Pakistanda silsilə təcavüz edənlərə kimyəvi xədm cəzası veriləcək

Pakistanda silsilə təcavüz edənlərə kimyəvi xədm cəzası veriləcək
19 Noyabr 2021
Mətni dəyiş
Pakistanda cinsi qısnama və zorlama şübhəlilərinin məhkəmə prosesini sürətləndirmək üçün yeni tənzimləmə qəbul edilib. Bu çərçivədə silsilə təcavüz edənlərin kimyəvi xədm edilməsinə qərar verilib. Pakistanda bir qadının avtomobilindən çıxarılaraq başına tapança dayayıb təcavüz edilməsindən sonra meydana gələn etirazlardan sonra yeni tənzimləmə hazırlanıb. Hökumət rəsmisi Vakar Hüseyn yeni qanunun parlamentin təsdiqindən dərhal sonra qüvvəyə mindiyini açıqlayıb. Yeni qanun silsilə təcavüz edənlərin kimyəvi xədmə məhkum edilməsini mümkün edir. Bundan başqa, cinsi qısnama və təcavüz şübhəlilərinin məhkəmə prosesi sürətləndirilir. Pakistanın baş naziri İmran Xan da belə cinayətkarlar üçün ağır cəzalar nəzərdə tutan qanun istəyib. Təcavüzlə Mübarizə Dərnəyi isə ölkədə təcavüz edənlərin yalnız 3 faizinin mühakimə olunduğunu açıqlayıb. Amnesty International isə ağır cəzalar əvəzinə təcavüz cinayətlərinin mənbələrinin araşdırılmasına çağırış edib. Xüsusi dərmanlarla geri qaytarıla bilən kimyəvi xədm Polşa, Cənubi Koreya, Çexiya və ABŞ-ın bəzi ştatlarında tətbiq olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun