Müəmmar Qəddafinin oğlunun prezidentliyə namizədliyi rədd edilib

Müəmmar Qəddafinin oğlunun prezidentliyə namizədliyi rədd edilib
16 Noyabr 2021
Mətni dəyiş

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfulislamın qarşıdan gələn prezident seçkilərində namizəd kimi iştirak etmək istəyi rədd edilib.

Bu barədə Liviyanın Ali Seçki Orqanı qərar qəbul edib.

Qərbin dəstəklədiyi əməliyyatda atası Müəmmar Qəddafinin devrilməsindən sonra ilk dəfə üzə çıxan Seyfulislam Qəddafi Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən “insanlığa qarşı cinayət törətməkdə” ittiham olunur.

Bununla bərabər, Liviya Hərbi Baş Prokurorluğu da Seyfulislamının “qətl” və “muzdlulardan istifadə” ittihamları ilə həbs olunmasına order verib.

Seyfulislam Qəddafi 2011-ci ildə atasının öldürüldüyü hadisələrdən sonra noyabrda ölkənin cənubunda olan qruplar tərəfindən əsir götürülüb və 6 il sonra 2017-ci ilin iyununda azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun