Mixeil Saakaşvili hərbi hospitala köçürülüb

Mixeil Saakaşvili hərbi hospitala köçürülüb
20 Noyabr 2021
Mətni dəyiş
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Qori Hərbi Hospitalına köçürülüb. Sözügedən hospitalda Saakaşvilinin uzunmüddətli aclıq aksiyasından sonra müalicəsi aparılacaq. Köçürülmə zamanı siyasətçinin yanında şəxsi həkimi Nikoloza Kipşidze və həbsxananın tibbi heyəti, həmçinin anası Qiuli Alasaniya olub. Avtomobil karvanına Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin maşınları daxil olub. Bundan əvvəl ABŞ Dövlət Departamenti bəyanat yayaraq M.Saakaşvilinin hazırkı durumundan duyduqları narahatlığı dilə gətirib. “ABŞ Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin oktyabrın 1-də həbs olunmasından sonra onunla davranışı yaxından izləyir. Biz Gürcüstan ombudsmanının onun vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil həkim qrupunun yaradılması üzrə işini yüksək qiymətləndiririk”. “Biz israrla Gürcüstan hökumətini Mixeil Saakaşvilini ədalətli və ləyaqətlə müalicə və xalq müdafiəçisinin tövsiyələrinə əməl etməyə çağırırıq”, – sənəddə deyilir. ABŞ Dövlət Departamenti həmçinin Gürcüstan hökumətini sabiq prezidentin bütün məhkəmə dinləmələrində iştirakını təmin etməyə çağırıb. Gürcüstanda həbsdə olan sabiq dövlət başçısının noyabrın 18-də vəziyyəti pisləşib. Noyabrın 8-də yerləşdirildiyi Tbilisinin Qldani həbsxanasının klinikasında yıxılaraq huşunu itirən siyasətçinin vəziyyəti reanimasiya tədbirləri nəticəsində sabitləşdirilib. Mixeil Saakaşvili oktyabrın 1-də saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun