İsveç Nobel Komitəsi Orxan Pamuka dəstək bəyanatı yayıb

İsveç Nobel Komitəsi Orxan Pamuka dəstək bəyanatı yayıb
16 Noyabr 2021
Mətni dəyiş
Nobel Ədəbiyyat Mükafatını təyin edən İsveç Akademiyası son romanında Atatürkü təhqir etməsi iddiası ilə barəsində araşdırma başladılan Nobel mükafatı laureatı, yazıçı Orxan Pamukun işini yaxından izlədiklərini açıqlayıb. Akademiya yazılı açıqlamada Türkiyədən beynəlxalq öhdəliklərinə əməl etməsini gözlədiklərini və Pamuka qarşı "rəftarı" yaxından izlədiklərini vurğulayıb. Daha əvvəl izmirli bir vəkilin “Vəba gecələri” romanında “Atatürkü və türk bayrağını təhqir etməsi” şikayəti ilə başladılan istintaq müəllifin ifadəsi alındıqdan və cinayət məsuliyyətinə cəlb edilməməsi barədə qərar verildikdən sonra bağlanıb. Ancaq eyni vəkilin etirazını araşdıran növbətçi Sülh Cəza Məhkəməsi kitabın bəzi yerlərində təhqiramiz ifadələrin yer aldığını və iş çərçivəsində Orxan Pamukun bu yöndən mühakimə olunmasının lazım olduğunu bildirib. Orxan Pamuk və kitabın naşiri "Yapı Kredi Nəşriyyatı" romanın Atatürkü təhqir etdiyinə dair iddiaları rədd edir. Pamuk prokurorluğa əvvəlki ifadəsində 5 il üzərində işlədiyi romanında milli dövlətlərin qəhrəman qurucularına qarşı heç bir hörmətsizlik olmadığını bildirərək, “Əksinə roman azadlıq tərəfdarı və qəhrəman liderlərə hörmət və heyranlıqla yazılıb” deyib. Orhan Pamuk Nobel mükafatı almazdan əvvəl İsveçrə qəzetlərindən birinə verdiyi müsahibədə 1915-ci ildə 1 milyon erməninin öldürüldüyünü deməsi səbəbindən "türklüyə təhqir" iddiası ilə məhkəməyə verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun