İlon Mask "Tesla" səhmlərinin daha bir hissəsini də satıb

İlon Mask "Tesla" səhmlərinin daha bir hissəsini də satıb
17 Noyabr 2021
Mətni dəyiş
“Tesla” və “SpaceX”in qurucusu İlon Mask öz avtomobil şirkətinin daha 934 091 səhmini satıb. "Reuters"in məlumatına görə, məşhur iş adamı bu satışdan 930 milyon dollar vəsait qazanıb. Bir neçə gün əvvəl dünyanın ən zəngin adamlarından olan İlon Mask şəxsi “Twitter” hesabında maraqlı sorğu keçirib. Mask 63 milyon izləyicisinə “Tesla səhmlərimin 10 faizini satmağı təklif edirəm, bunu dəstəkləyirsinizmi?”, - sualını ünvanlayıb. Sorğuda 3,5 milyondan çox “Twitter” istifadəçisi iştirak edib. İştirakçıların 57,9 faizi İ. Maskın səhmlərini satışını dəstəklədiyini bildirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun