Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov həm də iqtisadiyyat naziri Mikayıl Cabbarovun qayınatasıdır.
Kamran İmanov 2018-ci ildə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. O, bundan əvvəl Müəllif Hüquqları Agentliyinin sədri olub.
K.İmanov Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.
2006-2008-ci illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub. 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
[caption id="attachment_110747" align="alignnone" width="1200"] Kamran İmanov[/caption]