Fransada mübahisəli "İmamlar Şurası" yaradılıb

Fransada mübahisəli "İmamlar Şurası" yaradılıb
22 Noyabr 2021
Mətni dəyiş

Fransada hökumət tərəfindən dəstəklənsə də, digər qrupların qarşı olduğu "İmamlar Şurası" yaradılıb. 

Şura ölkədə fəaliyyət göstərəcək imamlara dini təhsil verməyi hədəfləyir.

Şura Paris məscidi və 3 müsəlman qurumu tərəfindən yaradılıb. Bundan sonra Fransada imam kimi fəaliyyət göstərmək istəyən şəxslər 26 üzvü olan bu şuradan icazə almağa məcbur olacaqlar.

Ölkədə fəaliyyət göstərən bir çox dərnəklər var ki, onlar bu təşəbbüsə qarşıdırlar. Bu dərnəklərin arasında Türk dərnəkləri də var. Onlar düşünürlər ki, imamlarla bağlı qərar vermək səlahiyyətinin təkcə bu şurada olması düzgün deyil.

Ötən il hökumət Fransadakı müsəlman vətəndaşlara xarici ölkələrin təsirini azaltmaq üçün Milli İmamlar Şurasının yaradılmasını təklif edib, ancaq türk-müsəlman təşkilatları bu təklifin əleyhinə çıxıblar.

Təşkilatlar bu məsələ ətrafında bəyanat yayaraq bildiriblər ki, yaradılacaq Milli İmamlar Şurasının legitimliyi onun müsəlman icması tərəfindən qəbul edilib-edilməməsindən asılı olacaq. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun