23 Noyabr 2021
Mətni dəyiş
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın “Le Figaro” qəzetinə verdiyi müsahibədə deyib ki, Türkiyə münasibətlərin qurulması üçün yeni ilkin şərtlər irəli sürüb.
Mirzoyan “Türkiyənin Azərbaycana həm siyasi, həm də hərbi baxımdan böyük dəstəyinə və İkinci Qarabağ Müharibəsi zamanı əcnəbi muzdlular yerləşdirməsinə baxmayaraq”, Ermənistanın heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edib.
Xarici işlər naziri Mirzoyan mövzu ilə bağlı çıxışında deyib:
"Biz Türkiyədən dialoqun yenidən başlaması ilə bağlı müsbət siqnallar almışıq, lakin problem mürəkkəb olaraq qalır. Ankara yeni şərtlər irəli sürür. Onların arasında Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz də var. Bu, bizim üçün heç müzakirə mövzusu da deyil. Dövlətlər öz torpaqları üzərindəki suverenliklərini qorumaqla tranzit təmin etməlidirlər. Bölgədəki bütün kommunikasiya yolları yenidən açılmalıdır".
Mirzoyan vurğulayıb ki, danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında davam etdirilməlidir:
"Əlbəttə, münaqişənin yekun həlli məsələsi gündəmdədir. Lakin indiki mərhələdə biz yalnız hərbi əsirlərin azad edilməsi və beynəlxalq təşkilatların, o cümlədən YUNESKO-nun məhv olmaq təhlükəsi altında olan erməni tarixi-mədəni irsinin vəziyyətinə nəzarət etmək üçün kiçik addımlar atmaq mövzusunda razılaşmışıq. Buna misal olaraq müharibə zamanı PUA-lardan istifadə edərək Şuşidəki Erməni Surp Amenapırgiç kilsəsinin (Müqəddəs Xilaskar Katedrali) bombalanmasını göstərmək olar. Qarabağın 1500-ə yaxın mədəniyyət abidəsi və 19 min muzey nümunəsi hazırda təhlükə altındadır”.