Dünyanın ən varlı adamı, “Tesla”nın baş icraçı direktoru Elon Mask "Elon Maskın sərvətinin 2 faizi ilə dünyadakı aclığı sonlandırmaq olar" deyən Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndəsinə cavab verib.
BMT yanında Dünya Qida Proqramının direktoru David Bisliyə cavab verən Mask deyib ki, mənim sərvətimin 2 faizi ilə aclığı necə sonlandıracaqlarını izah etsinlər, "Teslanın" hissələrini satmağa hazıram.
Bisli Maska cavab olaraq bildirib ki, sizin köməyinizlə biz ümid verə, sabitlik qura və gələcəyi dəyişə bilərik. Bisli görüşmək istədiyini, lazım olsa ilk təyyarə ilə görüşə gələ biləcəyini də bildirib.
Elon Mask isə şəffaflığın önəmli olduğunu qeyd edib: "Lütfən təklif olunan xərc detallarını paylaşın ki, insanlar pulun hara getdiyini görə bilsinlər", - deyə o, əlavə edib.
Bundan əvvəl isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramının direktoru David Bisli bildirmişdi ki, dünyadakı aclığın bitməsi üçün 6 milyard dollar lazımdır. Bu da “Tesla”nın baş icraçı direktoru Elon Maskın 289 milyard dollarlıq sərvətinin cəmi 2 faizidir.