Britaniya Pekin Qış Olimpiya Oyunlarını diplomatik boykot etməyi düşünür

Britaniya Pekin Qış Olimpiya Oyunlarını diplomatik boykot etməyi düşünür
22 Noyabr 2021
Mətni dəyiş
Böyük Britaniyanın baş naziri Boris Conson Pekin Qış Olimpiya Oyunlarını diplomatik yolla boykot etməyi düşündüyünü bildirib. Bu barədə "The Times" qəzeti məlumat verib. Qəzet Londonun Pekin Qış Olimpiya Oyunlarını Çinin insan haqlarını pozması iddialarına görə boykot etməyi düşündüyünü, Britaniya hökumətində bu mövzuda “gələcəyə doğru addımlar”la bağlı fəal müzakirələrin aparıldığını və Xarici İşlər Naziri Liz Trassın da boykotu dəstəklədiyini bildirib. Daha əvvəl “Washington Post” qəzetinin mövzuya yaxın mənbələrə istinadən noyabrın 16-da yayımladığı xəbərdə ABŞ prezidenti Co Baydenin və ya hökumət rəsmilərinin Pekin Qış Olimpiya Oyunlarına qatılmayaraq insan haqları pozuntularına görə Çinə diplomatik boykot tətbiq etməyi planlaşdırdığını iddia etmişdi. Sözügedən qərarın hələ rəsmiləşdirilmədiyini qeyd edən mənbələr Baydenin bu ayın sonuna qədər qərarı təsdiqləyəcəyini gözlədiklərini bildirdi. Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Çinin paytaxtı Pekində keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun