Bolqarıstanda keçirilən prezident seçkilərində Rumen Radev qalib gəlib

Bolqarıstanda keçirilən prezident seçkilərində Rumen Radev qalib gəlib
22 Noyabr 2021
Mətni dəyiş
Noyabrın 14-də Bolqarıstanda keçirilən prezident seçkiləri heç bir namizədin 50 faizdən çox səs toplamaması səbəbindən ikinci tura qalmışdı. Yerli vaxtla saat 07:00-da başlayan səsvermə prosesi saat 20:00-da başa çatıb. "Alpha Research" və "Gallup International"ın səsvermədən sonra keçirdiyi "exit-poll"un nəticələrinə görə, hazırkı prezident və Bolqarıstan Sosialist Partiyasının (BSP) namizədi Rumen Radev 64-66 faiz səslə seçkidə qalib gəlib. Anketlərə görə, Bolqarıstanın Avropa Gələcəyi üçün Vətəndaş Təşəbbüsü Partiyasının (GERB) dəstəklədiyi Anastas Gercikov 32-33 faiz səs toplayıb. Digər tərəfdən, noyabrın 14-də Bolqarıstanda keçirilən prezident seçkilərində Radev 49,41 faiz, Gercikov isə 22,82 faiz səs toplayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun