11 Noyabr 2021
Mətni dəyiş
Noyabrın 10-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ-dan Endrü Şofer, Fransadan Bris Rökföy, Rusiyadan İqor Xovayev) və onların iştirakı ilə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu, C.Bayramovun UNESCO-nun Baş Konfransında iştirak məqsədilə Parisə səfəri çərçivəsində gerçəkləşib.
Görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib:"Görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb".