Avstriyanın korrupsiyada ittiham olunan keçmiş kanslerinin toxunulmazlığı götürülüb

Avstriyanın korrupsiyada ittiham olunan keçmiş kanslerinin toxunulmazlığı götürülüb
19 Noyabr 2021
Mətni dəyiş

Avstriyanın keçmiş kansleri Sebastyan Kurtsun toxunulmazlığı götürülüb.

Buna səbəb onun korrupsiyada ittiham olunmasıdır. Belə ki, Avstriyanın Iqtisadi Cinayətlər və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin tələbindən sonra parlament belə bir qərar qəbul edib.

Kurtsun toxunulmazlığının götürülməsi ilə paralel olaraq, ittiham tərəfi keçmiş kanslerlə bağlı apardığı araşdırmanın əhatəsini daha da genişləndirəcək.

İttiham tərəfinin ona qarşı korrupsiya, rüşvət və etibardan sui-istifadə ittihamlarını rədd edən Kurts məsələnin ən qısa zamanda aydınlaşdırılmasını istədiyini bildirib.

Bu ilin oktyabrının 6-da Avstriya prokurorluğu həmin vaxt ölkənin kansleri olan Sebastyan Kurts da daxil olmaqla 10 nəfərə qarşı korrupsiya, rüşvətxorluq və etibardan sui-istifadə ittihamları ilə araşdırma başladıb.

Araşdırmalardan sonra sağ mərkəzçi Avstriya Xalq Partiyası və Yaşıllar Partiyası koalisiya hökumətində idarəetmə böhranı yaranıb. Kurts istefa verəndən sonra artıq koalisiya hökuməti dağılmaqdan xilas olub.

Kurts getdikdən sonra isə kansler postuna keçmiş xarici işlər naziri Aleksandr Şallenberq gətirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun