Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) şikayətinə baxacaq.
Bu barədə hüquq müdafiəçisi Bəşir Süleymanlı məlumat verib.
Bəşir Süleymanlı qeyd edib ki, dekabrın 2-də Avropa İnsan Hüquqları Məhkəməsi Anar Məmmədli və Bəşir Süleymanlı tərəfindən verilmiş Seçki Monitorinqi Mərkəzinin (SMM) qeydiyyatının ləğv edilməsi şikayəti üzrə qərarını elan edəcək.
Süleymanlı əlavə edib ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) qeydiyatından dəfələrlə qanunsuz imtina ilə bağlı verilmiş şikayət də bu işə birləşdirilib.
SMDT fəaliyyəti dövründə müxtəlif təzyiqlərlə üzləşib. Belə ki, təşkilata həm hüquqi, həm də siyasi problemlər yaradılıb. SMDT sədri Anar Məmmədli və qurumun icraçı direktoru Bəşir Süleymanlı 2014-cü ildə məhkəmə qərarı ilə həbs ediliblər. Onlar beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıblar və daha sonra ölkə prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıblar.