Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib
15 Noyabr 2021
Mətni dəyiş
Avropa İttifaqı miqrasiya böhranı ilə əlaqədar Belarus rəhbərliyinə qarşı sanksiyaların tətbiqi meyarlarını genişləndirib. Hələlik konkret addımlar barədə məlumat verilməyib, lakin Brüssel həm fiziki şəxslərə, həm də təşkilatlara, o cümlədən kommersiya təşkilatlarına qarşı məhdudiyyətlər tətbiq etməyə hazır olduqlarını vurğulayır. Josep Borrell, Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi: "Biz Belarusun xarici işlər naziri ilə danışdıq və ona dedik ki, vəziyyət tamamilə qəbuledilməzdir. Bildirdik ki, humanitar yardım göstərmək lazımdır, problemləri necə həll etmək, axını dayandırmaq barədə düşünməliyik. Uçuşların dayandırılması demək olar ki, tamamlandı”. Bundan əvvəl avropalılar “Aeroflot”u qeyri-qanuni mühacirləri Belarusa aparmaqda ittiham edirdilər. Hələlik bəzi mənbələrin məlumatına görə, Rusiya flaqmanı sanksiyalar siyahısına daxil edilməyib, lakin prinsipcə Brüssel belə bir ehtimalı istisna etmir. Josep Borrell, Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi: "Bu gün biz ölkədə baş verənlərə görə məsuliyyət daşıyan belaruslulara qarşı yeni sanksiyalar paketini qəbul etməyə hazırlaşırıq. Biz digər şəxslərə, aviaşirkətlərə, turizm agentliklərinə və miqrantların gətirilməsi ilə məşğul olan hər kəsə qarşı digər sanksiyaların tətbiqi barədə düşünmək üçün əhatə dairəsini genişləndirəcəyik”. Hər iki tərəf çoxlu sayda təhlükəsizlik işçisini sərhədə gətirib və Brüssel ümid edir ki, işlər silahlı eskalasiyaya və birbaşa toqquşmalara qədər getməyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun