Ağ Ev Rusiyanı Lukaşenkoya təzyiq etməyə çağırıb

Ağ Ev Rusiyanı Lukaşenkoya təzyiq etməyə çağırıb
16 Noyabr 2021
Mətni dəyiş
Ağ Ev sözçüsü Cen Psaki Belarusa qarşı yeni sanksiyalar mövzusunda Avropa İttifaqı ilə koordinasiyalı şəkildə əməkdaşlıq etdiklərini və Rusiyanı Belarus lideri Lukaşenkoya təzyiq etməyə çağırdıqlarını söyləyib. “Biz Lukaşenko rejiminin davam edən hücumlara görə hesab verməsi üçün Aİ-dəki tərəfdaşlarımız və digər müttəfiqlərimizlə sıx işləməyə davam edirik. Bura yeni sanksiyalarla bağlı hazırlıq işləri də daxildir”, Psaki bugünkü mətbuat konfransında bildirib. Belarus-Polşa sərhədindəki böhranda Rusiya administrasiyasının əli olub-olmaması sualına cavab verməkdən imtina edən Psaki, "Biz Rusiyanı Lukaşenko rejimi üzərində təsirindən istifadə etməyə çağırmağa və birbaşa təşviq etməyə davam edirik" deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun