ABŞ və Yunanıstan Egey dənizində birgə təlimlər keçirib

ABŞ və Yunanıstan Egey dənizində birgə təlimlər keçirib
17 Noyabr 2021
Mətni dəyiş
Yunanıstan Baş Qərargah rəisi Konstandinos Floros və ABŞ-ın Afinadakı səfiri Cefri Pyattın Yunanıstan və ABŞ-ın Egeydə keçirilən birgə təlimi münasibətilə görüşdüyü bildirilib. Yunanıstan Baş Qərargahından verilən açıqlamada bildirilib ki, iki ölkə Egeydə ortaq təlim keçib, Floros və Pyatt ABŞ-ın 6-cı Donanmasının təlimə qatılan USS Mount Whitney döyüş gəmisini ziyarət edib. Açıqlamada Yunanıstan Hərbi Dəniz Qüvvələrinə aid gəmilərin və Yunanıstan Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələrinin də iştirak etdiyi PASSEX tipli təlimdə rabitə və manevr təlimlərinin keçirildiyi qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun