ABŞ Konqresinə girən "QAnon şamanı" 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib

ABŞ Konqresinə girən "QAnon şamanı" 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib
18 Noyabr 2021
Mətni dəyiş

Yanvarın 6-da ABŞ Konqresinin binasına basqın zamanı başındakı buynuzlarla diqqət çəkən, “QAnon Şamanı” kimi tanınan Ceykob Çensli 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bu barədə Vaşinqton məhkəməsinin hakimi Royce Lamberth qərar çıxarıb.

10 aydır həbsdə olan Çenslinin 3 il 5 aylıq cəzası həbs olunduğu gündən hesablanacaq. Ceykob Çensliyə dövlət orqanına hücumda ittiham olunub.

Ötən il noyabrın 3-də ABŞ-da keçirilmiş prezident seçkisində demokrat Cozef Bayden qalib gəlib. Onun sələfi Donald Tramp isə seçki nəticələrini tanımayıb və məhkəmələrdə onlara etiraz edib. Yanvarın 6-da Tramp tərəfdarları parlamentin seçki nəticələrini təsdiqləyəcəyi iclasının keçirildiyi Konqres binasına hücum edib.

Yanvarın 6-da Konqresdə baş verən qarışıqlıqlar nəticəsində beş nəfər həlak olub. Konqresin üzvləri bir neçə saatlıq yubanmaya baxmayaraq, Baydenin prezident seçkilərində qələbəsini rəsmi olaraq təsdiq ediblər. Qarışıqlıqlardan əvvəl Vaşinqtonda Donald Tramp tərəfdarları üçün mitinq təşkil edib. Ağ Ev rəhbəri tərəfdarlarını "zəif respublikaçılar"ın olduğu Konqresə getməyə çağırıb. Bundan sonra xeyli sayda etirazçı Kapitoli binasına soxulub. Bu zaman polis əməkdaşları ilə toqquşmalar baş verib və əraziyə əlavə polis qüvvələri, hərbçilər cəlb edilib. Etirazçılar bir neçə saatdan sonra Kapitoli binasını tərk ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun