ABŞ-da son bir ildə narkotikdən ölənlərin sayı 100 min nəfəri keçib

ABŞ-da son bir ildə narkotikdən ölənlərin sayı 100 min nəfəri keçib
18 Noyabr 2021
Mətni dəyiş

ABŞ-da son 1 ildə yüksək doza narkotik istifadəsindən ölənlər keçən ilə nisbətən 28,5 faiz artıb. Ölkədə bu səbəbdən ölənlərin sayı 100 min nəfəri keçməklə rekord həddinə çatıb. 

Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Proflaktika Mərkəzi (CDC) məlumat yayıb.

100 min nəfərlik ölüm son 5 ildə 2 dəfə artım deməkdir.

Son 12 ayda yüksək dozadan ölümlərin 3/2-si, yəni 64 faizi sintetik narkotik vasitə istifadəçisi olub.

ABŞ-da son 1 ildə metamfetamin və digər psixoloji vasitələrdən istifadədən ölüm narkotikdən ümumi ölümlərin 4/1-ni təşkil edir.

Son statistikaya görə, ABŞ-da təxminən 24,6 milyon insan keçmiş hökumət statistikasına əsasən son 30 gündə bir növ qanunsuz narkotik istifadə edib. 12 yaş və yuxarı yaşda olan bütün şəxslərin təxminən 9,4% -i qeyri-qanuni narkotik vasitələrin istifadəsinə və ya reçeteli dərmanların qeyri-sağlam istifadəsinə cəlb olunurlar.

Maddənin İstifadəsi və Ruh Sağlamlığı Xidmətləri İdarəsi tərəfindən maliyyələşdirilən 67.500 nəfərdən ibarət olan illik sorğusuna əsasən, narkotiklərin, alkoqolun və tütün istehlakının ümumi ABŞ əhalisindəki ən doğru hesablamalarını təmin edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun