23 Noyabr 2021
Mətni dəyiş
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcək.
Bu barədə Kremlin mətbuat katibi məlumat yayıb.
Qeyd edilir ki, Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda danışıqlar aparacaq.
Məlumata görə, Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün atılacaq addımlar müəyyən ediləcək.