Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika ölkələrinin yarısında əhalinin yalnız iki faizinin və ya daha azının koronavirusa qarşı tam olaraq vaksinləndiyini bildirib.
Qitədəki 54 ölkədən 15-də isə sentyabrın 30-na olan məlumata görə, Covid-19 vaksinasiya hədəfinə çatıldığı haqda məlumat paylaşılıb. Bu ölkələrin əhalisinin ən az 10 faizinin peyvənd olunduğu bildirilib.
ÜST Afrika Bölgəsi İmmunizasiya və Peyvənd İnkişaf Proqramı Koordinatoru Riçard Mihiqo deyib ki, son göstəricilər nisbi artışı göstərsə də, ÜST əhalinin 40 faizinin ilin sonuna qədər tam olaraq vaksinlənməsi hədəfinə çatılmadığını bildirib.
[caption id="attachment_109501" align="alignnone" width="1280"]
Richard Mihigo[/caption]
Mihiqo dünya üzrə hər ölkənin sentyabrın 30-nadək əhalisinin ən az 10 faizini vaksinləməli olduğunu qeyd edib.
“Amma qeyri-müəyyən təslimat planları Afrikanı hələ də geridə qoyan ən böyük problemdir”, vaksin göndərilməsinin artdığını deyən Mihiqo əlavə edib.
Sentyabr ayında Afrikaya cəmi 23 milyon doza vaksin nəql edilib. Bu, iyun ayına nəzərən 10 qat artım deməkdir.
ÜST Covid-19 peyvəndləri alan 52 Afrika ölkəsindən yarısının əhalilərinin sadəcə iki faizi və ya daha azını tam olaraq vaksinlədiyini elan edib.
Mihiqo vaksinlənmə hədəfinə çatan ölkələrin əsasən kiçik əhali sayına sahib ada ölkələri olduğunu vurğulayıb.
Seyşel adaları əhalisinin 60 faizini Covid-19-a qarşı peyvəndləyib. Bu rəqəm Fasda 48 faiz, Tunus, Komor adaları və Keyp Verdedə isə 20 faizdir.
Covid-19 statistiklarının toplandığı Worldometers saytının məlumatın görə, Afrikada bu virusa yoluxanların sayı 8 milyon 349 minə çatıb.
Qitədə həyatını itirənləri sayı 210 min 606, sağalanların sayı isə 7 milyon 639 min 422 olaraq qeyd edilib.