Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Yardım Fondu (UNICEF) Yəməndə müharibənin başladığı 2015-ci ildən bu günə qədər ölən və əlil olan uşaqların sayının 10 mindən çox olduğunu bildirib.
Bu barədə BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder qurumun Cenevre ofisində keçirdiyi mətbuat konfransında danışıb.
Elder bildirib ki, ölkənin Şimal və Cənub bölgələrinə səfər edərkən, çox sayda uşağın çətinlik içində olduğunu görüb: "Getdiyim bölgələrdə uşaq həkimləri, müəllimlər və tibb bacıları ilə görüşdüm. Onların mənə danışdıqları hekayələr ölkənin tamamilə dağılmaq ərəfəsində olduğunu əks etdirdi", - deyə BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder bildirib.
Elder deyib ki, bu insanlıq dramının əsas səbəbləri müharibə, iqtisadi çöküntü, su, təmizlik, sağlıq kimi ağır problemlərdir.
"Hər 5 uşaqdan 4-ü humanitar yardıma ehtiyac duyur. Ümumilikdə 11 milyon uşaq çətinlik altındadır. 400 min uşaq yetərincə qidalana bilmir, 2 milyon uşaq təhsil ala bilmir və 4 milyon uşağın təhsildən uzaqlaşmaq təhlükəsi var. Müəllimlərin 3/2-si, yəni 170 min şəxs son 4 ildir normal maaş ala bilmir. 1,7 milyon uşaq döyüşlər səbəbindən qaçqın düşüb. 15 milyon sivil içməli su, təmizlik və gigiyena kimi imkanlardan məhrumdur ki, bu 15 milyonun da 8, 5 milyonu uşaqdır", - deyə BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder bildirib.