"UNICEF" və "Gallup"-ın 21 ölkədə apardığı araşdırmalara görə, koronavirus (Covid-19) gənclərin psixoloji vəziyyətinə çox pis təsir edib. Bildirilir ki, 15-24 yaş arasında olan hər 5 gəncdən biri depressiyadadır.
BMT-nin Uşaqlara Yardım Fondunun (UNICEF) apardığı araşdırmada 21 ölkədən 20 min şəxs iştirak edib.
Koronavirus, yoxsulluq və cinsi normalarına görə şikayət edən gənclər iştirakçıların 19 faizini təşkil ediblər. Onlar bildiriblər ki, davamlı şəkildə depressiyada olurlar.
UNICEF 10-19 yaş aralığındakı şəxslərin 19 faizinin (təxminən 166 milyon) psixi problemlər yaşadığını bildirib. Hesabata görə, Kamerun və Malidə hər 3 gəncdən biri depressiyadadır. Efiopiya və Yaponiyada isə hər 10 gəncdən biri bu vəziyyətdədir.
Məlumatlara görə, hər il dünyada 46 min gənc intihar edir. Ancaq dövlətlər sağlıq xərclərinin ümumilikdə 2 faizini psixoloji vəziyyətin yaxşılaşdırılmasına xərcləyirlər.