Ukraynalı gənc deputat taksidə ölü tapılıb

Ukraynalı gənc deputat taksidə ölü tapılıb
8 Oktyabr 2021
Mətni dəyiş
Ukraynada Ali Radanın deputatı, 33 yaşlı Anton Polyakov ölü tapılıb. Bu barədə məlumatı Korrespondent.net saytı verib. “Bu gün, oktyabrın 8-də, Kiyev polisi Ukrayna millət vəkili Anton Polyakovun paytaxtın Dnepr rayonunda ölü tapıldığı barədə məlumat aldı”, - deyə polis idarəsindən bildirilib. Məlum olub ki, o taksidə gedərkən halı pisləşib. Təcili yardım həkimləri millət vəkilinin həyatını xilas edə bilməyiblər. Hadisə barədə araşdırma aparılır. Bir il əvvəl Polyakov Kiyevdə döyülmüşdü.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun