Texasda qəbul onun yeni abort qanununa görə, Amerikada ümumilikdə 600 kütləvi aksiya keçirilib. Aksiyalarda on minlərlə şəxs iştirak edib.
Keçirilən aksiyaların ən böyüyü isə paytaxt Vaşinqtonun Azadlıq Meydanında keçirilib. "Aborta ədalət" yürüşündə 10 minədək qadın iştirak edib.
Etirazçılar qanunun ləğvi ilə bağlı Vaşinqton məhkəməsinə yürüş edərkən, qanunu dəstəkləyən bir qrup insanla sözlü mübahisələr də yaşanıb.
Texasda keçən ay yeni qəbul olunan qanun ciddi etirazlara səbəb olub. Hətta prezident Co Bayden də bunun federal qanunlara uyğun olmadığını bildirib. Yeni qanuna görə, ana bətnindəki körpənin ürək atışı eşidildiyi zamandan, artıq onun abort edilməsi qadağan olunur. Qanuna görə, doğuşun 6-cı həftəsindən sonra qadını aborta aparan taksi şoferi də daxil olmaqla bu prosesə töhfə verən hər kəs qanunla cəzalandırılacaq.
Etirazçılar qanunun mübahisələndirməsi üçün ABŞ konqresinə müraciət ünvanlayıblar.