İranın paytaxtı Tehranda koronavirus (Covid-19) səbəbi ilə yaranmış 20 aylıq aradan sonra yenidən cümə namazı qılınıb.
2020-ci ilin fevral ayında ölkədə koronavirus aşkarlandıqdan sonra, məscidlər mərhələli şəkildə bağlanmışdı. Qadağanın qaldırılmasından ardından ilk cümə namazı Tehran Universitetinin kampusunda baş tutub.
Səlahiyyətlilər davamlı şəkildə məscidi dezinfeksiya ediblər. Namaza gələn insanlar maska taxmaqla sosial məsafəni qoruyublar.
İran ötən il deyirdi ki, tezliklə dünyada COVID-19 vaksininin iri istehsalçısına çevriləcək. Ancaq AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Gülnaz İsfəndiyari Tehranın bu hədəfinə çatmadığını yazır.
İran istehsal etdiyi Faxra vaksinini noyabrda Tehran yaxınlığında qətlə yetirilmiş aparıcı nüvə alimi Möhsün Fəxrizadənin şərəfinə adlandırmış, onu böyük təmtəraqla təqdim etmişdi.
Faxra-nın ilk klinik sınaqlarından yeddi ay keçsə də, vaksinin istehsalı getmir, rəsmilər ona tələbatın olmadığını deyirlər.