20 Oktyabr 2021
Mətni dəyiş
Əfqanıstanda nəzarəti ələ keçirən Taliban vətəndaş müharibəsində qələbəyə töhfə verdiklərini düşündüyü kamikadzelərin ailələrinə nağd pul və torpaq sahəsi hədiyyə edəcək.
ABŞ-ın “beynəlxalq terrorçu” elan etdiyi və başına 10 milyon dollar mükafat qoyulan Talibanın müvəqqəti daxili işlər naziri Siracəddin Həqqani paytaxt Kabildə keçirilən bir mərasimdə keçmiş hökumət zamanı bombalı intihar hücumları təşkil edərək ölənlərin ailələri ilə görüşüb.
Görüş zamanı çıxış edən Həqqani həyatlarını fəda edən kamikadzeləri “İslamın və ölkənin qəhrəman şəhidləri” adlandırıb.
Taliban sözçüsü bombalı intihar hücumları təşkil edənlərin yaxınlarına bu gün 10 min əfqani (111 dollar) verildiyini və daha sonra torpaq da hədiyyə ediləcəyini açıqlayıb.