21 Oktyabr 2021
Mətni dəyiş
Əfqanıstanın paytaxtı Kabildə təxminən 20 qadın Təhsil Nazirliyi önündə aksiya keçirib. Taliban aksiyanı çəkmək istəyən jurnalistlərə hücum edib.
Qadınlar Təhsil Nazirliyinin önündən Maliyyə Nazirliyinə qədər təhsil haqları üçün yürüş keçiriblər. Təxminən 1,5 saat davam edən aksiyaya heç bir müdaxilə edilməyib.
Amma Taliban üzvləri aksiyanı izləyən, aralarında türkiyəli jurnalistlərin də olduğu bir qrup media nümayəndəsinə maneə yaradıb. Jurnalistlərə silah qundağı ilə vuran Taliban silahlıları onlara təpik ataraq təhqid edib.
Etiraz zamanı “Təhsili siyasiləşdirməyin” şüarı atan qadınlar “Nə təhsil, nə işləmək haqqımız var”, “İşsizlik, yoxsulluq, aclıq” yazılmış plakatlar da qaldırıblar.
Aksiyanın təşkilatçılarından biri olan Zəhra Məhəmmədi mediaya verdiyi müsahibədə aldıqları risklərin fərqində olduqlarını, amma susmayacaqlarını deyib:
“Gördüyünüz kimi Taliban nə mediaya, nə də qadınlara hörmət edir. Bütün qız uşaqları və qadınlara səslənirəm. Qorxmayın! Ailəniz iaczə verməsə də evdən çıxın və öz haqlarınız üçün mübarizə aparın”.
Taliban silahlıları aksiya ərzində qadınları ağır silahlarla müşayiət ediblər,
Avqust ayında Əfqanıstanda nəzarət Talibanın əlinə keçdikdən sonra məktəbli qız uşaqlarının təhsil almasına maneələr yaradılıb. Ölkədə bir çox işləyən qadın hələ də iş yerlərinə geri dönə bilmə