Dünyanın ən qapalı ölkəsi hesab olunan Şimali Koreyada hökumət qida qıtlığının qarşısını almaq üçün yeni təklif irəli sürüb.
Milyonlarla insanın qida problemi yaşadığı ölkədə hökumət problemin həllini az yeməkdə görüb və xalqı 2025-ci ilə qədər az yeməyə çağırıb.
Bundan əvvəl rəsmi Pxenyan koronavirusa (Covid-19) görə sərhədləri bağlayıb və Çinlə ticarət əlaqələri dayandırılıb. İngiltərənin "Daily Mail" qəzetinin yazdığına görə, hökumət xalqa az yeməklə bağlı xəbərdarlıq edib və səbəb kimi 2025-ci ilə kimi Çinlə əlaqələrin bərpasının mümkün olmayacağı göstərilib.
Hökumət ərzaq çatışmazlığına xarici amillərin səbəb olduğunu bildirib. Qeyd edib ki, həm koronavirus, həm təbii fəlakətlər, həm də ölkəyə tətbiq olunan sanksiyalar belə bir problemə yol açıb.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In da açıqlama verərək, ölkənin qida çatışmazlığı ilə üz-üzə qalacağını bildirmişdi.