21 Oktyabr 2021
Mətni dəyiş
Yazar Zümrüd Yağmurun qızı Sənay Yağmura qarşı cinsi zorakılıq törətməkdə ittiham edilən Əsgər Ağazadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə Sənay Yağmur öz Facebook səhifəsində məlumat verib.
Baş Prokurorluq xəbəri təsdiqləyib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Ağazadə Əsgər Yusif oğluna Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün istintaq orqanının təqdimatı əsasında Ə.Ağazadə barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.