Sentyabrda ölkənin Meduza və OVD-info kimi müxalif mətbuat orqanlarını "xarici agent" elan edən Rusiya Ədliyyə Nazirliyi bu dəfə daha 3 mətbuat orqanını və 9 jurnalisti "xarici agent" elan edib.
Nazirlik bu qərarlara səbəb kimi, həmin şəxslərin və mətbuat orqanlarının xaricdən maliyyələşməsini göstərib. Məlumata görə, "xarici agent" elan edilən mətbuat orqanları bunlardır: "Bellingcat", "Caucasian Knot", "M. News" Məlumatda "xarici agent" elan edilən jurnalistlərin də adı yayılıb: Qalina Ərəbova, Tatyana Voltskaya, Sever Realli, Yekatrina Klepikovskaya, Elena Solovieva, Daniel Sotnikov, Andrey Zaxarov, Yelzaveda Surnaçeva, Roman Pearl. Məlumata görə, basqılar xüsusən həbsdə olan müxalifət lideri Aleksey Navalnıya dəstək verən media quruluşlarınadır. Aleksey Navalnı ilə bağlı bütün məlumatları işıqlandıran media orqanlarının ölkədə reklam alması çətinləşdirilir. Eyni zamanda, mətbuat orqanı olaraq dövlət reyesterinə düşmələrinə də problem yaradılır.