22 Oktyabr 2021
Mətni dəyiş
Rusiya “Taliban” hərəkatının terror təşkilatları siyahısından çıxarılmasına çalışacaq. Bu barədə ölkə prezidenti Vladimir Putin “Valday” Müzakirə Klubunun plenar iclasında çıxış edərkən deyib.
Bununla belə, prezident vurğulayıb ki, bunu ilk növbədə BMT Təhlükəsizlik Şurası etməlidir.
Hərəkatı rəsmi şəkildə tanımayan Rusiya hakimiyyəti Moskvada davamlı olaraq taliblərlə görüşlər keçirir. Oktyabrın 20-də Rusiyanın paytaxtında Taliban hərəkatının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Əfqanıstanla bağlı Moskva məsləhətləşmələrinin növbəti görüşü keçirilib. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov beynəlxalq arenada statuslarından asılı olmayaraq, Əfqanıstanın yeni hökuməti ilə qarşılıqlı münasibətlərin vacibliyini vurğulayıb.
Avqustun ortalarında Taliban sürətli bir hücumla Əfqanıstanın bütün ərazisini nəzarətə götürüb və paytaxt Kabulu döyüşsüz ələ keçirib. Bu vaxta qədər radikallar koalisiya hökuməti qurulması ilə bağlı danışıqlarda ölkə hakimiyyəti ilə birlikdə iştirak ediblər.
Hakimiyyəti ələ keçirən hərəkat nümayəndələri heç bir koalisiyaya gərək olmadığını və müstəqil hökumət formalaşdıracaqlarını açıqlayıblar. Əfqanıstan dini nəzarət altında olacaq dünyəvi hökumətin "İslam Əmirliyi" elan edilib.
Qərb ölkələri Talibanı Əfqanıstanın legitim hökuməti kimi tanımır. ABŞ Prezidenti Co Bayden deyib ki, taliblər beynəlxalq səviyyədə tanınmaq üçün hələ çox uzun yol getməlidirlər. Azadlıq Radiosunun əfqan şöbəsi bildirib.
1996-2001-ci illərdə Taliban artıq ölkənin faktiki lideri idi və onu İslam əmirliyi elan etmişdi. O zaman onların hakimiyyətini rəsmi olaraq yalnız üç ölkə - Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tanıyırdı.