18 Oktyabr 2021
Mətni dəyiş
Rusiya noyabrın 1-dən NATO-nun Brüsseldə yerləşən daimi nümayəndəliyinin işini dayandıracaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Missiyaların bağlanmasından sonra Rusiya ilə NATO arasında təmaslar Rusiyanın Belçikadakı səfiri vasitəsi ilə davam etdiriləcək.
Nazir bildirib ki, Rusiya Federasiyası alyansın Moskvadakı informasiya bürosunu da bağlayacaq.
Oktyabrın əvvəlində NATO alyansdakı Rusiya nümayəndəliyinin yarısını azaltmaq qərarına gəlib: NATO-nun fikrincə, kəşfiyyat məmuru olan səkkiz diplomatın və digər iki əməkdaşın missiyadan ayrılması əmri verilib. İttifaq bunu Moskvanın "pis niyyətli fəaliyyəti" ilə əlaqələndirib.