Rusiya Daxili İşlər Nazirliyi Lyubov Sobolu axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Lyubov Sobolu axtarışa verib
21 Oktyabr 2021
Mətni dəyiş
Rusiya Daxili İşlər Nazirliyi Aleksey Navalnının tərəfdaşı Lyubov Sobolu axtarışa verib. Sobol haqda informasiya Daxili İşlər Nazirliyinin axtarılan şəxslərin məlumat bazasında yer alıb. İnformasiyada Sobolun şəkli var və "Axtarış üçün əsaslar" sütununda "Cinayət Məcəlləsinin maddəsi ilə axtarıldığı" yazılıb. https://twitter.com/SobolLubov/status/1450906819711406080?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1450906819711406080%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url= Avqust ayında məhkəmə Lyubov Sobolu sanitariya və epidemioloji qaydaların pozulmasına təhrik etmək ittihamı ilə bir il yarım azadlıqdan məhrum edib. Ona Moskva və şəhərətrafı bölgələrdən kənarda səyahət etmək qadağan edilib. Aprel ayında məhkəmə Sobolu zorakılıq tətbiq etməklə evə girməkdə ittiham edərək şərti olaraq bir il islah işinə məhkum edib. Avqust ayında Lyubov Sobol Rusiyanı tərk edib. Bu barədə “İnterfaks” müstəqil mənbəyə istinadən məlumat verib. O, ilkin olaraq Türkiyəyə gedib. Daha sonra Sobol Ermənistanda həkimə getdiyi haqda xəbər verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun